İspaniyalı müdafiəçi Serxio Ramos “Real Madrid”in keçmiş komanda yoldaşı Pepenin futbolu tərk etmək qərarı ilə bağlı fikirlərini bölüşüb.
“O, böyük insan və əsl döyüşçüdür, onunla çoxlu matçlar oynamaq, qələbələri bölüşmək və kuboklar qazanmaq imtiyazına sahib idim. Səninlə bir yerdə oynamaq çox xoş idi, qardaş. Futbolda sizin kimi azdır. Həyatınızda bu yeni fəsildən həzz alın və sizə ən yaxşısını arzulayıram”, – Ramos sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Pepenin son klubu “Portu” olub. O, 2019-cu ilin yanvarında azad agent kimi Beşiktaşdan Portuqaliya komandasına qoşulub. Ötən mövsüm müdafiəçi bütün yarışlarda 34 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 500.000 avro qiymətləndirilir.
Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.